Ana səhifə / Green Card bələdçisi

Green Card şəkil qaydaları

Şəkil Green Card müraciətində ən çox səhv edilən hissədir. Qaydalara uyğun olmayan şəkil müraciəti ləğv edə bilər. Rəsmi tələbləri sadə dillə topladıq.

Yenilənib: Mənbə: ABŞ Dövlət Departamenti

Qısaca

Faylın tələbləri

Şəkli müraciət formasına fayl kimi yükləyirsiniz. Fayl bu tələblərə uyğun olmalıdır:

FormatJPEG (.jpg)
Ölçü600 × 600 piksel, kvadrat
Fayl həcmi240 KB və ya daha kiçik
RəngRəngli (24 bit). Ağ-qara şəkil olmaz
Başın hündürlüyüÇənədən saçın yuxarısına qədər şəklin hündürlüyünün 50–69%-i
Göz səviyyəsiŞəklin aşağısından 56–69% hündürlükdə
Nə vaxt çəkilibSon 6 ay ərzində

Üz və poza

Fon və işıq

Evdə ağ divar yoxdursa, ağ mələfəni divara asın və düz, qırışsız olmasına diqqət edin.

Eynək, papaq və qulaqlıq

Şəkli dəyişmək olmaz

Filtr, retuş, gözəlləşdirmə, qırmızı gözləri düzəltmək və fonu kəsib dəyişmək olmaz. Şəkli yalnız kəsmək və ölçüsünü kiçiltmək olar: tətbiq də məhz bunu edir.

Uşaqlar və körpələr

Düzgün və yanlış nümunələr

Düzgün şəkil: sakit ifadə, açıq fon
DüzgünSakit ifadə, açıq fon, bərabər işıq
Eynəkli şəkil
OlmazEynək
Papaqlı şəkil
OlmazPapaq
Saç gözü örtür
OlmazSaç gözü örtür
Geniş gülüş, dişlər görünür
OlmazGeniş gülüş
Düzgün şəkil: saç üzü örtmür
DüzgünSaç üzü örtmür
Saç gözün birini örtür
OlmazSaç gözü örtür
Dini baş örtüyü, üz tam görünür
DüzgünDini baş örtüyü, üz tam görünür
Üzün bir hissəsi örtülüb
OlmazÜzün bir hissəsi örtülüb

Nümunə şəkillər süni intellektlə yaradılıb, real adamlar deyil.

Müraciəti ləğv edə bilən səhvlər

Əvvəlki illərin şəkli. Keçən il göndərdiyiniz şəkli yenidən göndərmək olmaz: şəkil son 6 ayda çəkilməlidir.

Ailə üzvünün şəkli yoxdur. Həyat yoldaşınızın və 21 yaşınadək subay uşaqlarınızın şəkli olmalıdır, hətta onlar sizinlə getməyəcəksə belə.

Qaydalara uyğun olmayan şəkil. Bu, müraciətin ləğvinə səbəb ola bilər, hətta lotereyada seçilsəniz belə.

Bunların hamısını tətbiq yoxlayır

My Green Card Photo çəkiliş zamanı sizi yönləndirir və şəkli 13 qaydaya görə yoxlayır. İlk şəkil pulsuzdur.

TezlikləApp StoreTezlikləGoogle Play
Yoxlama nəticəsi

Mənbələr